Qəzadan sonra vəziyyəti düzəlmir
2013-cü ildə ağır qəza keçirən Mixael Şumaxerin vəziyyəti gərgin olaraq qalır.
Sportal.az xəbər verir ki, 2013-cü ilin dekabr ayında qəzaya uyğrayaraq komaya düşən və 2014-cü ilin iyun ayında komadan ayılan Şumaxerdən yaxşı xəbərlər gəlmir. İsveçrədə 15 nəfər həkimin nəzarətində olan əfsanəvi pilotun yaxşılaşma prosesi ləngiyir. Artıq Şumayxerin çəkisi 45 kiloqrama düşüb. Şumaxerin danışa və gəzə bilmədiyi bildirilir.
Qeyd edək ki, Mixael Şumaxerin qəzadan öncə çəkisi 75 kq idi.
saytlarin hazirlanmasi