Kamran Ağayevsiz "Karşıyaka" növbəti mərhələdə

18:40 - 23 Sentyabr 2015

Ağayev və bir neçə futbolçuya bu matçda istirahət verilib
 
Türkiyə Kubokunda növbəti mərhələnin oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Karşıyaka" da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Kurtalanspor"la qarşılaşıb. Qarşılaşma 3:1 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Baxmayaraq ki, görüşün son dəqiqələrində dava-dalaş düşdüyünə görə, hakim matçı tam başa çatdıra bilməyib. Amma böyük ehtimalla Türkiyə Futbol Federasiyası ya bu nəticəni qüvvədə saxlayacaq, ya da "Kurtalanspor"a texniki məğlubiyyət verəcək.

Xəbər xətti