"TOP TOP"un növbəti buraxılışı VİDEO

19:32 - 23 Sentyabr 2015

Nazim Əliyev: "Qarabağ" Avroliqada iştirak etməsəydi, 100 faiz çempion olardı"
 
Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP" yeni mövsümə start verib.
 
Sportal.az xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları veteran futbolçu Nazim Əliyev, "stadium.az" saytının rəhbəri Vüsal Bəbirli və "İmarət" fan klubunun idarə heyətinin üzvü Qabil Hüseyn olub. "TOP TOP"da Azərbaycan Premyer liqa oyunlarından və bu matçlarda baş verən olaylardan danışılıb. Bundan da başqa  verilişdə şok faktlar açıqlanıb.
 
Qeyd edək ki, "TOP TOP" verilişi hər həftə "CHATBOX" kanalında canlı yayımlanır. "CHATBOX" kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın sentyabrın 22-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik:

Xəbər xətti