Kamran Ağayevin komandasını əsgərlər qurtardı FOTOLAR

19:49 - 23 Sentyabr 2015

"Karşıyaka"nın əsgər salamı qalmaqala səbəb oldu
 
Türkiyə kubokunun II mərhələsində "Karşıyaka" səfərdə "Kurtalanspor"u 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçın 89-cu "Karşıyaka" futbolçusu 3-cü qolu vurduqdan sonra əsgər salamı verməsi meydan sahiblərini özündən çıxarıb. Belə ki, kürdlərin çox yaşadığı Siirt şəhərində bu qol sevincindən sonra "Kurtalanspor"un azarkeşləri meydana daxil olaraq futbolçulara hücum çəkiblər. Stadiona təhlükəsizliyə görə cəlb olunmuç əsgərlərin qalmaqala müdaxiləsindən sonra futbolçular çətinliklə də olsa, paltardəyişmə otağına yollana bilib.
 
Qeyd edək ki, baş məşqçi Cüneyt Dumlupınar bu matçda əsas heyət üzvlərinə, o cümlədən millimizin qolkiperi Kamran Ağayevə də istirahət verib.
 

Xəbər xətti