Nuri oynamadı, komandası qələbə qazandı

01:00 - 24 Sentyabr 2015

25-ci turun matçı

 

İsveç çempionatında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” doğma meydanda "Halmstad"la üz-üzə gəlib. Görüş ev sahibi komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nurinin adı matçın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti