Cünyet Çakır cəzalandırılacaq

01:32 - 24 Sentyabr 2015

Hakim ən azı 2 tur təyinat almaacaq
 
Məşhur türkiyəli hakim Cüneyt Çakırı  cəza gözləyir. 
 
Sportal.az xəbər verir ki, superliqanın son turunda “Trabzonspor” – “Qalatasaray” matçını idarə edən referi  kobud səhvə yol verdiyi üçün Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacaq. “Qalatasaray”ın futbolçusunun cərimə meydançasında əli ilə oynadığı epizodu düzgün qiymətləndirməyən tanınmış referi ən azı 15 gün "istirahət" etməli olacaq.
 
Qeyd edək ki, sözügedən oyun “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti