"Mən daim yığmaya çağırılan futbolçu deyiləm"
"Bavariya"nın futbolçusu Rafinya Braziliya milli komandasından imtina edib.
Sportal.az хəbər verir ki, "sambaçı" yığmanın düşərgəsinə yollanmaq istəməyib. Braziliya millisinin baş məşqçisi Karlos Dunqa DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Venesuella və Çiliyə qarşı keçirəcəkləri oyunlara 30 futbolçu çağırıb və Rafinyanı da siyahıya salıb. Lakin zədəli futbolçular səbəbindən heyəti qurmaqda çətinlik çəkən baş məşqçi bu seçiminə görə peşman olub.
Rafinya qərarını belə izah edib: "Mən daim yığmaya çağırılan futbolçu deyiləm. Mənimlə eyni mövqedə oynayan futbolçuları nəzərə aldıqda birinci seçim olmadığımı bilirəm".
saytlarin hazirlanmasi