"Qarabağ"ın rəqibləri: "Arsenal" "Tottenhem"i mübarizədən kənarlaşdırdı, "Anderlext" 1/8 finalda

02:54 - 24 Sentyabr 2015

Belçika təmsilçisi darmadağınla qalib gəldi
 
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Tottenhem" və "Anderlext" bu gün ölkə kubokunun oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, "Tottenhem" İngiltərə liqa kubokunun 3-cü turunda evdə əzəli rəqibi "Arsenal"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn "Arsenal" növbəti mərhələyə adlayıb. 
 
"Anderlext" isə Belçika kubokunun 1/16 finalında evdə aşağı divizion təmsilçisi "Spouven-Mopertingen"lə qarşılaşıb. Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Lakin fasilədən sonra 3 dəfə rəqib qapısına yol tapan "Anderlext" 1/8 finala yüksəlib.

Xəbər xətti