1 aydan sonra...
“Xəzər Lənkəran” Premyer Liqanın VI turu çərçivəsində, sentyabrın 27-də “Fırtınalar meydanı”nda “Zirə”ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, 1 ay sürən ayrılıqdan sonra komandamız nəhayət doğma arenada çıxış edə biləcək.
Qeyd edək ki, əvvəlcə millinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə, ardıyca isə “Qarabağ” və “Neftçi” ilə səfərdə baş tutan oyunlar hesabına boş qalan stadionda təmir işləri aparılıb. Belə ki, əsas meydançasının ot örtüyü demək olar ki, tamamilə yenilənmiş, səpilmiş yeni toxumlar cücərmiş və nəhayət görülən işlərin nəticəsi olaraq meydançanın görkəmi dəyişib. (12cioyuncu.info)