Millimizin rəqibləri nə vaxt məlum olacaq?

13:10 - 24 Sentyabr 2015

Final mərhələsində...

 

Futzal üzrə Avropa Çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı və yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ardıcıl dördüncü dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanan millimiz rəqiblərini oktyabrın 2-də Belqradda keçiriləcək tədbirdə tanıyacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, AÇ-2016-nın final mərhələsinin oyunları fevralın 2-də start götürəcək və ayın 13-də yekunlaşacaq.

Xəbər xətti