Məmmədyarov Karyakinlə yenə heç-heçə oynadı

19:16 - 24 Sentyabr 2015

Cütlüyün taleyi tay-brekdə həll olunacaq
 
Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsinin cavab partiyaları baş tutub.
 
Sportal.az xəbər verir ki, turnirdə Azərbaycanın yeganə nümayəndəsi Şəhriyar Məmmədyarov ilə rusiyalı Serqey Karyakinlə görüşüb. 
 
Bir gün öncə ağ fiqurlarla rusiyalı rəqibi ilə sülh bağlayan həmyerlimiz bu dəfə qara fiqurlarla eyni nəticəyə imza atıb.Bu isə o deməkdi ki, yarımfinalçıların adına sabah keçiriləcək tay-brek görüşlərində aydınlıq gələcək.
 

Xəbər xətti