Vüqar Əsgərov Latviyada 14-cü qolunu vurdu

12:24 - 27 Sentyabr 2015

24-cü turun matçı

 

Latviya 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" klubu doğma meydanda "Valmieras"la qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşün 5-ci dəqiqəsində hesabı açıb. O, 90-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda qısa müddət ərzində 14-cü qoludur. Onun komandası isə 50 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti