Ölkə çempionatlarında...
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan "Anderlext" və "Monako" bu gün ölkə çempionatlarında növbəti oyunlarını keçirəcək.
Sportal.az xəbər verir ki, “Monako” Fransa Liqasının 8-ci turunda səfərdə “Genqam”ın qonağı olacaq. “Anderlext” isə Belçika Liqasının 9-c turunda öz meydanında “Sent Truiden”i qəbul edəcək.
27 sentybar
Fransa Liqası, 8-ci tur
20:00.“Genqam” – “Monako”
Belçika Liqası, 9-cu tur
21:00.”Anderlext” - “Sent Truiden”