42 yaşında...
Rusiyada azərbaycanlı karateçi qətlə yetirilib.
Sportal.az xəbər verir ki, bu haqda məlumatı “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov "Facebook"da paylaşıb.
O, bildirib ki, dünən axşam xalası oğlu Ceyhun Qəhrəmanov ürəyindən bıçaqlanıb: "Dünən axşam aldığımız faciəvi xəbər hamımızı sarsıtdı. Xalam oğlu Ceyhun Qəhrəmanov 42 yaşında faicəvi şəkildə Rusiya Federasiyasının Sibay şəhərində dünyasını dəyişib. Kiçik tikinti biznesi ilə məşğul olan peşəkar karateçi Ceyhun iş əsanasında yaranmış və sonradan əlbəyaxa döyüşə çevrilən mübahisə nəticəsində ürəyindən aldığı bıçaq yarasından faciəli şəkildə dünyasını dəyişib. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!"
saytlarin hazirlanmasi