Özkara yenə qol vura bilmədi

14:27 - 27 Sentyabr 2015

XI turun matçı

 

Almaniyanın III Bundesliqasında XI turun oyunları keçirilir.

 

Sportal.az хəbər verir ki, Cihan Özkaranın şərəfini qoruduğu "Preussen Münster" "Ştutqart Kicker" 4:2 hesabı ilə məğlub edib. 74-cü dəqiqədə meydana çıxan Özkara yenə heçnə ilə yadda qala bilməyib.

 

Qeyd edək ki, "Preussen Münster" 11 turdan sonra 22 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti