Liverpul, yoxsa Çelsi?
"Mançester Yunayted"də əsas heyətə düşə bilməyən Viktor Valdeslə "Çelsi" və "Liverpul" klubları yaxından maraqlanır.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi sona çatacaq Valdesin komandadan ayrılacağı dəqiqdir.
Qeyd edək ki, 33 yaşlı qolkiper "Mançester Yunayted"in Çempionlar Liqası üçün UEFA-ya göndərdiyi siyahısında belə yer almayıb.
saytlarin hazirlanmasi