"Məncə, penalti vardı"
Premyer Liqanın 6-ci turunun son matçında "Xəzər Lənkəran" son dəqiqə qolu ilə "Zirə"yə 1:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov qarşılaşmaya belə şərh verib:
"Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Oyunun son dəqiqəsində qapımıza penalti təyin olundu. Bildiyiniz kimi, ən kasad heyət bizdədir. Əvəzetmələr edə bilmirik. Rasim Ramaldanovun zədə alması bizə çox pis təsir etdi. Rasim meydançadan çıxdıqdan sonra müdafiədə səhvlər etdik və rəqib penalti qazandı. Məncə, penalti vardı. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla oynayacağıq".
saytlarin hazirlanmasi