"Əsas imtahanlarımız bundan sonra olacaq"
Premyer Liqanın 6-cı turunda "Zirə" səfərdə "Xəzər Lənkəran"la matçda son dəqiqələrdə penalti qolu ilə 1:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, bir vaxtlar "Xəzər Lənkəran"da oynamış hazırda "Zirə"nin kapitanı Rəşad Abdullayev qarşılaşma haqda fikirlərini "CBC Sport"a açıqlamasında bildirib:
"Bu stadionda yaxşı oyunlarım olub, oyuna çıxanda da nostlaji hisslər olur. Amma bu gün mən "Zirə"nin uğurları üçün çalışıram. Lənkəran səfəri həmişə çətin olur, baxmayaraq ki, "Xəzər Lənkəran" gənc futbolçularla mübarizə aparır, amma komandanın adı bəs edir. Hər iki komandanın qol epizodları oldu, oyunun sonlarında hücumçumuzun fərdi bacarığı sayəsində penalti qazandıq, biz də bunu dəqiq yerinə yetirib qələbə qazandıq.
Əsas imtahanlarımız bundan sonra olacaq, düzdür, digər rəqiblərlə də oyun asan olmadı. Komanda bu "Neftçi", "Qarabağ" və "Qəbələ" ilə oyunlarda nəyə qadir olacağımızı göstərəcəyik. Komandamız yenidir, potensialımızı ortaya qoya bilərik".
saytlarin hazirlanmasi