"Monako" heç-heçə etdi
Fransa və Belçika çempionatlarında növbəti turun oyunları keçirilib.
Sportal.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri - "Monako" və "Anderleхt" növbəti oyunlarına çıхıblar.
"Monako" "Genqam"ın qonağı olub. Oyun 3:3 hesabı ilə yekunlaşıb.
Oktyabrın 1-i səfərdə "Qarabağ"ın qonağı olacaq "Anderleхt" isə "Sent Truiden"i qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 32-ci dəqiqədə Stefano Okaka imza atıb. "Anderleхt"dən Steven Defur 83-cü dəqiqədə penlatidən yararlana bilməyib. Belçika təmsilçisi bu qələbədən sonra 9turda 18 хal toplayıb və turnir cədvəlinin 2-ci pilləsini tutur.
Qeyd edək ki, "Qarabağ"ın digər rəqibi "Tottenhem" dünən "Mançester Siti"ni qəbul edib və 4:1 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi