Millimizin üzvü oynadı, komandası darmadağın oldu

01:00 - 28 Sentyabr 2015

Paşayev sarı vərəqə ilə yadda qaldı
 
Ukrayna çempionatında IX turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, Pavel Paşayevin çıхış etdiyi "Metallurq" (Zaparoje) "Stal"ın qonağı olub. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Pavel Paşayev sonadək meydanda olub. Millimizin üzvü 81-ci dəqiqədə sarı vərəqə alıb.
 
Qeyd edək ki, "Metallurq" 9 turdan sonra 3 хalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Xəbər xətti