Sançesdən tarixi nəticə

02:32 - 28 Sentyabr 2015

Futbolçudan möhtəşəm göstərici
 
İngiltərə Premyer Liqasının VII turunda səfərdə "Lester"in qonağı olan "Arsenal" rəqibinə 5:2 hesabı ilə qalib gəlib. ​ 
 
Sportal.az xəbər verir ki, London klubunun futbolçusu Aleksis Sançes bu görüşdə het-trik edib. Bu, çilili forvardın yeni mövsümdə ilk qolları olub.   
 
Bununla da, Aleksis futbol tarixinə düşüb. O, İngiltərə Premyer Liqası, İtaliya A Seriyası ("Udineze") və İspaniya La Liqasında ("Barselona") het-trik etmiş ilk futbolçu olub. 

Xəbər xətti