"Qəbələ"nin rəqibindən növbəti qələbə

02:50 - 28 Sentyabr 2015

PAOK səfərdə sevindi
 
Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Atromitos"la qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 2:1 hesablı əzmkar qələbəsi ilə bitib.
 
Qeyd edək ki, PAOK 5 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti