"Xəzər Lənkəran" üçün iki günlük istirahət

16:24 - 28 Sentyabr 2015

Qəbələyə nə vaxt yola düşür?

 

“Xəzər Lənkəran”ın Azərbaycan Premyer Liqasının VII turuna hazırlıq planı məlum olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, VI turun “Zirə” ilə ev oyununda 0:1 hesabı ilə uduzan cənublular iki günlük istirahətə buraxılıb.

 

Komanda qısa müddətli fasilədən sonra sentyabrın 30-da Lənkəranda toplaşacaq. “Ağ-yaşıllar” “Qəbələ” ilə səfər oyununun hazırlığına start doğma stadionda start verəcək. Oktyabrın 3-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də qarşılaşmanın baş tutacağı arenada gerçəkləşdirəcək.

 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu oktyabrın 4-də keçiriləcək.

Xəbər xətti