Cahangir Hacıyev getdi, karate millimiz pulsuz qaldı

20:20 - 28 Sentyabr 2015

Yaşar Bəşirovun rəhbəri olduğu federasiya sponsorsuz qalıb
 
Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medal qazanan karate millimiz hazırda pulsuzluqdan əziyyət çəkir.
 
Sportal.az xəbər verir ki, bu barədə qaynar.info-ya yığmamızın məşqçisi Vahid Eyvazov bildirib. Onun sözlərinə görə, Cahangir Hacıyev Beynəlxalq Bankdan çıxarılandan sonra Yaşar Bəşirovun rəhbəri olduğu federasiya sponsorsuz qalıb. Belədə komanda artıq maydan bəri maaşını ala bilmir.
 
Xatırladaq ki, Yaşar Bəşirov Cahangir Hacıyevin iş ortağı olan Xaqani Bəşirovun qardaşıdır.
 
Hacıyevin vəziyyətinin pisləşməsindən sonra "Simurq" klubu futbolçulara olan borcları üzündən dağılıb. "İnter"də isə maaşlar azaldılıb və köhnə borclar hələ də tam şəkildə verilməyib.
 
Qeyd edək ki, bundan əvvəl Cüdo Federasiyasında yaranan maliyyə problemi üzündən idmançılarımız beynəlxalq yarışlarda gözlənilən nəticələri verə bilmirdilər. Artıq həmin federasiyanın başına dövlət neft şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev gətirilib.

Xəbər xətti