Türkiyəli hakimə növbəti təyinat
UEFA Cüneyt Çakıra daha bir təyinat verib.
Sportal.az xəbər verir ki, türkiyəli hakim Çempionlar Liqasının A qrupu çərçivəsində keçiriləcək "Malmö" - "Real" qarşılaşmasını idarə edəcək.
Ona bu işdə Bahəttin Duran və Tarık Ongün yardım edəcək. Dördüncü hakim funksiyasını isə Mustafa Eyisov yerinə yetirəcək.Hüseyn Göçək və Barış Şimşək də əlavə köməkçi hakimlərdi.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 30-da baş tutacaq.
saytlarin hazirlanmasi