Kamran Ağayev baş məşqçisiz qaldı

21:27 - 28 Sentyabr 2015

"Karşıyaka"da iki ayrılıq
 
Türkiyənin "Karşıyaka" klubu baş məşqçisiz qalıb.
 
Sportal.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi komandanı çalışdıran Cüneyt Dumlupınar istefa verib. Buna səbəb komandanın PTT 1-ci liqasında uğursuz çıхış etməsi olub. "Karşıyaka" 6 turda cəmi 5 хal qazana bilib.
 
Cüneyt Dumlupınarla yanaşı, futbol şöbəsinin rəhbəri Osman Kırkpınar da istefa verib.

Xəbər xətti