Kamran Ağayevin yeni baş məşqçisi məlum oldu

00:34 - 29 Sentyabr 2015

Komanda Yılmaz Vurala tapşırılacaq
 
Dünən millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka"nın baş məşqçisi Cüneyt Dumlupınarla yollarını ayırdığı barədə məlumat vermişdik.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq yeni baş məşqçinin adı məlum olub. Belə ki, klub rəhbərliyi Yılmaz Vuralla artıq görüşüb və ilkin razılıq əldə olunub. Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.

Xəbər xətti