Sportal.az xəbər verir ki, Abdullayev dünən tibbi müayindən keçib. Müayinənin nətiəsinə görə, futbolçu ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu o deməkdir ki, Abdullayev növbəti turda "Neftçi"yə "Zirə" ilə matçda kömək edə bilməyəcək. Millimizin son oyunlarına dəvət alan Araz zədə səbəbindən oktyabrın 10-u İtaliya və 13-ü Bolqarıstanla oyunlarda heyətdən kənarda qalacaq.