Millimizin üzvü oynamadı, komandası məğlub oldu

10:51 - 29 Sentyabr 2015

26-cı turun matçı

 

İsveç çempionatında 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Emin Nurinin çıxış etdiyi  "Kalmar" səfərdə "Erebru" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Emin bu matçın da iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Kalmar" hazırda 27 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti