Lazar Markoviçin durumuna aydınlıq gəldi

17:49 - 29 Sentyabr 2015

3 həftə yaşıl meydanlardan uzaq qalacaq

 

"Beşiktaş"la matçda zədələnən "Fənərbağça"nın serbiyalı futbolçusu Lazar Markoviçin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş"la derbidə zədələnən Lazar Markoviç 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, "Fənərbağça" Lazar Markoviçi yay transfer pəncərəsində "Liverpul"dan icarəyə götürmüşdü.

Xəbər xətti