Mariya Şarapova yenidən zədələndi

19:54 - 29 Sentyabr 2015

Turniri yarımçıq tərk etdi

 

Rusiyalı roketka ustası Mariya Şarapova Çində təşkil edilən "Vuhan" açıq tennis turnirində zədələnib.

 

Sportal.az xəbər verir ki, "Vuhan" açıq tennis turnirinin ikinci turunda çexiyalı Barbora Striçova ilə qarşılaşan Mariya Şarapova görüşün üçüncü setində sol qolundan zədələnib və turnirə davam edə bilməyib.

 

Şarapova açıqlamalarında bildirib: "Qarşılaşmaya davam edə bilməzdim. Aylardır ki, kortlardan uzaq qalmışdım. Məhz uzun müddət kortlardan uzaq qaldığım üçün yenidən zədələndim. Ümid edirəm ki, Sinqapurda təşkil ediləcək WTA turnirinə hazır olacam".

 

Qeyd edək ki, Mariya Şarapova 12 iyul "Uimbildon" turnirində də zədələnmişdi və 2 ay kortlardan uzaq qalmışdı.

Xəbər xətti