Kasilyas "Portu"da da rekorda imza atdı

14:03 - 30 Sentyabr 2015

Xavini geridə qoydu

 

"Portu"nun qolkiperi İker Kasilyas daha bir rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, ötən gün keçirilən "Portu" - "Çelsi" (2:1) matçı ilə Çempionlar Liqasında 152-ci oyununa çıxan Kasilyas ən çox oyun keçirən futbolçu olub.

 

Qeyd edək ki, daha əvvəl "Barselona"nın sabiq üzvü Xavi 151 oyunla rekorda imza atmışdı.

Xəbər xətti