"Yeni mövsümdə də burdayam"

16:41 - 30 Sentyabr 2015

"Mövsümün sonunda "Beşiktaş"dan ayrılmağı düşünmürəm"

 

"Beşiktaş"ın hücumçusu Mario Qomes Türkiyə mətbuatına açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, məşhur futbolçu İstanbul klubundakı durumundan danışıb:

 

"Karyeramda yeni bir səhifə açdım. Türkiyədə həqiqətən də xoşbəxtəm. Mövsümün sonunda "Beşiktaş"dan ayrılmağı ağlımdan belə keçirmirəm. Komandamızda hər şey ürəyimcədir. Azarkeşlərin dəstəyi sadəcə olaraq möhtəşəmdir. Çalışacağam ki, "Beşiktaş" üçün qollar vurmağa davam edim".

 

Qeyd edək ki, icarə əsasında "Beşiktaş"da oynayan Mario Qomes İstanbul klubunun heyətində Super Liqada 4 qol vurub.

Xəbər xətti