Azərbaycan cütlüyü qızıl medala layiq görüldü

16:49 - 1 Oktyabr 2015

Beynəlxalq turnirdə...

 

Gürcütanın Batumi şəhərində çimərlik voleybolu üzrə beynəlxalq turnir təşkil olunub.

 

Sportal.az xəbər verir ki, yarışda Azərbaycan voleybolçuları ilə yanaşı, Türkiyə, Gürcüstan və Ermənistandan idmançılar da birincilik uğrunda mübarizə aparıblar. Kəmalə Əsgərova - Viktoriya Ağakişiyevadan ibarət cütlüyümüz bütün görüşlərdə qalib gələrək turnirin qızıl medalına sahib çıxıb.

Xəbər xətti