Səhvini etiraf edən hakim göz yaşları ilə istefa verdi VİDEO

20:06 - 1 Oktyabr 2015

Türkiyəli hakimdən maraqlı qərar
 
Türkiyə Superliqasının 6-cı turunda keçirilən "Kasımpaşa" - "Rizəspor" (1:1) qarşılaşmasından sonra canlı efirə çıxıb, səhv penalti qərarı verdiyini bildirən baş hakim Dəniz Çoban mətbuat konfransı keçirib.
 
Sportal.az xəbər verir ki, 38 yaşlı referi həmin toplantıda vəzifəsindən ayrıldığını açıqlayıb. Mətbuat konfransında göz yaşlarını saxlaya bilməyən ədalət təmsilçisi səhvini etiraf etdiyi üçün peşman olmadığını və bu qərarı özünün qəbul etdiyini bildirib. Çoban həmçinin istefa qərarının əvvəlcədən planlaşdırılmış bir addım olmadığını da vurğulayıb.

Xəbər xətti