"Qarabağ"a uduzdular - Azarkeşləri söydü

00:43 - 2 Oktyabr 2015

Tribunada qalmaqal
 
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"a uduzan "Anderlext"in futbolçuları azarkeşləri tərəfindən etirazlarla qarşılanıb.
 
Sportal.az xəbər verir ki, 0:1 hesabı ilə uduzan belçikalıların azarkeşləri oyundan sonra onları alqışlamağa gələn futbolçularını fitə basıb.
 
Futbolçular hətta öz azarkeşlərini sakitləşirmək üçün onların yanına tribunalara getsələr də, orda qalmaqal yaşanıb. Məsələyə polis müdaxilə edərək aranı sakitləşdirib. 

Xəbər xətti