Millimiz İtaliya və Çexiya yığması ilə eyni qrupda

16:08 - 2 Oktyabr 2015

Rəqiblər bəlli oldu

 

Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu gün Serbiyanın Belqrad şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İtaliya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacağı bəlli olub.

 

Futzal üzrə Avropa çempionatı 2016-cı il fevralı 2-dən 13-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək.

Xəbər xətti