Yunus Mallı hansı millinin formasını geyəcək?

17:10 - 2 Oktyabr 2015

Yunus Mallı seçimini etdi

 

"Mains"ın futbolçusu Yunus Mallı hansı millidə forma geyəcəyini açıqlayıb.

 

Yunus Mallının əmisi İlhan Mallı Türkiyə mətbuatına açıqlamalar verib.

 

Sportal.az sizə həmin açıqlamaları təqdim edir:

 

"Yunus Türkiyə millisində oynamağı seçib. İkili vətəndaşlıq üçün müraciət edilib. Sənəd işlərinin bitməsini gözləyirik".

 

Qeyd edək ki, Yunus Mallı yeni mövsüm Bundesliqada 7 oyuna 5 qol vurub.

Xəbər xətti