"Nəticə qapımızda top gördük"
“Bu oyun turnir cədvəli baxımından çox əhəmiyyətli idi. Vacib qələbə qazandıq və aktivimizə 3 xal əlavə etdik".
Sportal.az xəbər verir ki, bu sözləri "Krasnodar"ın kapitanı Adreas Qrankvist klubun rəsmi televeziyasına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə qalib gəldikləri oyunla (2:1) bağlı danışan isveçli futbolçu buraxılan qoldan sonra oynamağın çətin olduğunu bildirib:
"İlk hissəni yaxşı keçirdik. Xeyli hücumlar təşkil etdik. Bir neçə qol imkanımız olsa da, bunların yalnız birindən yararlandıq. Fasilədən sonra isə oyun bərabərləşdi. Bəzi epizodlarda yaxşı, bəzilərində isə pis oynadıq. Nəticə qapımızda top gördük. Bundan sonra oynamaq asan deyildi. Lakin matçın sonlarında qələbə qolunu vura bildik".
saytlarin hazirlanmasi