Azərbaycan kubokunda 19 komanda iştirak edəcək: 10-u Premyer Liqadan, 9-u I Diviziondan

19:50 - 2 Oktyabr 2015

Püşkatmanın vaxtı məlum oldu
 
Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkatmasının vaxtı müəyyənləşdi. 7 oktyabr saat 12:00-da AFFA-nın inzibati binasında reallaşacaq püşkatma mərasimində 19 komanda iştirak edəcək.
 
Sportal.az xəbər verir ki, turnirdə Azərbaycan Premyer Liqasının 10 komandası ilə yanaşı, I Divizionun 9 klubu da qüvvəsini sınayacaq.
 
Azərbaycan Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.
 
I Divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”. 

Xəbər xətti