"Xəzər Lənkəran"da problemlər ard-arda

00:02 - 3 Oktyabr 2015

Daha bir futbolçu zədələndi
 
Premyer Liqanın VII turu çərçivəsində, oktyabrın 4-də səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” yarımçıq və zədəli heyətlə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, komanda sentyabr ayının 30-dan etibarən doğma şəhərdə hazırlıq keçib. Məşqlər öz yerində, son zamanlar adəti üzrə “ağ-yaşıl” rəngləri qarabaqara izləyən problemlər də komandadan uzaq düşmək istəmir. Belə ki, heyətin iki üzvünün zədə səbəbindən qarşıdakı oyunda komandaya kömək edə bilməyəcəkləri gözlənilir. Ötən tur, Lənkəranda keçirilən “Zirə” ilə oyunda zədələnərək əvəzlənən Rasim Ramaldanovdan savayı Orxan Əliyev də məşq zamanı dizində güclü ağrılar hiss edib. Zədədən əziyyət çəkmələrinə baxmayaraq hər iki futbolçumuz çətin səfər matçında  komandaya kömək etmək əzmindədirlər. Lakin onların Qəbələ şəhər stadionunda meydana çıxıb çıxmayacaqları oyunun başlama saatına az qalmış dəqiq bilinəcək. (12cioyuncu.info)

Xəbər xətti