Millimizin üzvü oynamadı, komandası darmadağın oldu

00:15 - 3 Oktyabr 2015

Qarşılaşmada 3 qol
 
Almaniya ikinci Bundesliqasında 10-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb. Düsseldorf təmsilçisi səfərdə "Kayzerslautern"lə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu mövsüm daha çox "Fortuna"nın U-23 komandasının heyətində meydana çıxan Toğrulun adı əsas komandanın ilk 18-liyində yer alsa da, o, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Fortuna" geridə qalan turlarda cəmi 6 xal toplayıb və 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti