"Beşiktaş"ın futbolçusu İngiltərə nəhənginin hədəfində

16:26 - 3 Oktyabr 2015

Premyer Liqaya gedəcək?

 

"Beşiktaş"ın futbolçusu Gökhan Töre karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Arsenal" yaxından maraqlanır. "Topçular"ın baş məşqçisi Arsen Vengerin diqqətini cəlb edən türkiyəli futbolçunun oyununu izləmək üçün ingiltərəli skautlar "Beşiktaş" - "Sportinq" (1:1) matçında stadionda olublar.

 

Qeyd edək ki, daha əvvəl "Çelsi"nin aşağı yaş qruplarında forma geyinən Töre sonradan "Hamburq" və "Rubin" kimi klubların da şərəfini qoruyub.

Xəbər xətti