Samir Əliyev: "Məğlubiyyətdə isə mən də daxil olmaqla hər kəsin günahı var"

21:30 - 3 Oktyabr 2015

"Ona ehtiyacımız var"
 
Bu gün Premyer Liqanın 7-ci turunda "Neftçi" səfərdə "Zirə"yə 2:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Əliyev məğlubiyyətə belə şərh verib:
 
"Oyuna piş başlamadıq. Lakin rəqib bəzi səhvlərimizdən yararlandı. İlk hissəni məğlub başa vurduq. Daha sonra Fəhmin Muradbəylinin qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu. Bəziləri “Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir. Həmin adamlarla söhbətimiz olacaq. Fəhmin isə hərəkətinə görə mütləq cəzalanacaq. 19 yaşlı oyunçu belə hərəkət etməməlidir. Məğlubiyyətdə isə mən də daxil olmaqla hər kəsin günahı var. 
 
Oyundan öncə bölgü olur. Biz cərimə zərbələrini Anyete və Ruslan Qurbanova tapşırmışdıq. Hər ikisi qol vurmaq istəyirdi  və yəqin buna görə cəriməni yerinə yetirmək üstündə mübahisə yarandı. Hazırda bizimlə məşq edən Cavid İmamverdiyevin problemi isə yaxın günlərdə həll olunmalıdır. Ona ehtiyacımız var”. 

Xəbər xətti