"Zirə"nin baş məşqçisi: "Neftçi"nin güclü və zəif tərəflərini bilirdik"

21:38 - 3 Oktyabr 2015

"Belə bir matçda futbolçularım verilən bütün tapşırıqları yerinə yetirdilər"
 
Azərbaycan Premyer Liqasının VII turunun oyununda “Zirə” “Neftçi”ni 2-0 hesabı ilə məğlub etdi.

Sportal.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Adil Şükürov qələbəyə belə şərh verib:
 
"İlk növbədə komandamızı təbrik edir, belə ağır oyunda bizə dəstək olduqlarına görə isə azarkeşlərə minnətdarlığımı bildirirəm. Azərbaycanın ən güclü komandalarından birinə  qarşı oynadıq. Belə bir matçda futbolçularım verilən bütün tapşırıqları yerinə yetirdilər. Biz bütün oyunları təhlil edir, oyunlara planlı şəkildə çıxırıq. “Neftçi”nin də güclü və zəif tərəflərini bilirdik"

Xəbər xətti