"Mənim və komandamın qola ehtiyacı var idi"

00:50 - 4 Oktyabr 2015

"Hücumçu bəzən istənilən uğursuzluqla üzləşə bilər"
 
Azərbaycan Premyer Liqasının VII turunun ikinci oyun gününə 1 oyunla yekun vurulub. Doğma meydanında "Neftçi”ni qəbul edən "Zirə” rəqibinə 2-0 hesabı ilə qalib gəlib. 
 
Sportal.az xəbər verir ki, qarşılaşmada "Zirə”nin 1 qolunu vuran və kuryoz hadisə ilə yadda qalan (2 metrdən topu boş qapıya yox dirəyə tuş edən) Nelson Bonilla qarşılaşma haqqında fikirlərini CBC telekanalı ilə bölüşüb. 
 
"Düşünürəm ki, hücumçu bəzən istənilən uğursuzluqla üzləşə bilər. Təbii mənim və komandamın qola ehtiyacı var idi.  Əgər lazım olan qolu vurdumsa özümü çox xoşbəxt hiss edirəm. Açığını desəm 3-4 aydır ki, məşq etmirdim. Burda məşqlərə başlayandan sonra hər şey qaydasına düşür. Üzərimizdə çox çalışmalıyıq".

Xəbər xətti