Millimizin sabiq üzvü sarı vərəqə ilə yadda qaldı

02:17 - 4 Oktyabr 2015

Futbolçu 90 dəqiqə meydanda olub
 
Türkiyə PTT 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Samsunspor"la qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Start heyətdə meydana çıxan Budaq bu dəfə də sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə də alıb.
 
Qeyd edək ki, "Qaziantep BB" hazırda 13 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti