İsrafilov oynadı, komandası səfərdə sevindi

11:54 - 4 Oktyabr 2015

"Eybar"dan növbəti qələbə
 
İspaniya La Liqasında 7-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Las Palmas"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Maraqlıdır ki, İsrafilov ötən tur olduğu kimi, bu qarşılaşmanın da məhz 69-cu dəqiqəsində meydana çıxıb.
 
Qeyd edək ki, "Eybar" hazırda 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti