"Qalatasaray"a şad xəbər

12:25 - 4 Oktyabr 2015

Zədəlisi məşqlərə başladı
 
"Qalatasaray"ın futbolçusu Burak Yılmaz məşqlərə başlayıb.
 
Sportal.az xəbər verir ki, 3 günlük məşqdən sonra o, Türkiyə millisinin düşərgəsinə yollanacaq. B.Yılmazın "Avro-2016"nın seçmə mərhələsində Çexiya və İslandiyaya qarşı matçlarda iştirak edəcəyi gözlənilir.
 
Qeyd edək ki, B.Yılmaz Türkiyə superliqasında "Trabzonspor"a qarşı oyunda zədələnmişdi.

Xəbər xətti