Hər üçü də matça çıxır
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibləri olan "Monako", "Anderlext" və "Tottenhem" bu gün ölkə çempionatlarında növbəti matçına çıxırlar.
Sportal.az xəbər verir ki, ”Monako” Fransa Liqasının 9-cu turunda öz meydanında “Renn”i qəbul edəcək. “Anderlext” Belçika Liqasının 10-cu turunda doğma azarkeşləri önündə “KV Meşelen”lə qarşılaşacaq. “Tottenhem” isə İngiltərə Premyer Liqasının 8-ci turunda səfərdə “Suonsi” ilə üz-üzə gələcək.
4 oktyabr
17:00.“Monako” – “Renn”
23:00.“Anderlext” – “KV Meşelen”
20:00.“Suonsi” – “Tottenhem”